
Hollivudun bir filmində rol almaqla milyonlar qazanan ulduzları hərdən seçimləri ilə hər kəsi təəccübləndirir. Çoxları onların ən bahalı avtomobilləri sürdüyünü, bahalı villalarda yaşadıqlarını düşünür. Lakin bu heçdə hər zaman belə deyil.
Qaynar.info anspress.com-a istinadən sərvəti ilə insanı heyrətləndirən məşhurların təzad doğuran ucuz avtomobillərini sizə təqdim edir.
Onlardan biri yenicə "Oskar" mükafatına sahib olan məşhur aktyor Leonardo di-Kapriodur. 1997-ci ildə çəkildiyi "Titanik" filmi ilə bütün dünyada şöhrət qazanan aktyor Hollivudun ən varlılarından biridir. Lakin onun istifadə etdiyi "Toyota Prius Hybrid" avtomobili bunu deməyə imkan vermir. Belə ki, bu avtomobilin qiyməti 19-20 min dollar arasında dəyişir.
Qaynar.info






