
"Barselona"nın futbolçusu Lionel Messi ikinci dəfə ata olacaq.
Qol.Az-ın məlumatına görə, bu barədə argentinalı hücumçu özünün "İnstaqram" hesabından yazıb.
O, sevgilisi Antonella Rokuzzonun hamilə olduğunu açıqlayıb:
"Körpəmizi gözləyirik, səni sevirik".
Qeyd edək ki, Lionel Messi və Antonella Rokuzzo cütlüyünün Tiaqo adlı bir oğlu var.
Qaynar.info