“Barselona”nın ulduz futbolçusu Lionel Messi klub rəhbərliyindən maaşının artırılmasını istəyib.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb bu yaxınlarda Ronaldonun “Real”la imzaladığı yeni müqavilədə illik gəlirinin 21 milyon avro olmasıdır. Ronaldonun yeni maaşına Messi də biganə qala bilməyib. Messi hazırda “Barsa”dan illik olaraq 16 milyon avro alır. Lakin futbolçu bu məbləğin 18 milyon avroya qaldırılmasını tələb edir. Ancaq “Barselona” rəhbərliyi Messinin bu tələbinə müsbət yanaşmır. Qaynar.info