Argentina millisinin superulduzu Lionel Messi yaxın dostu və komanda yoldaşı Serxio Aqueronun karyerasını bitirməsinə münasibətini bildirib.
Qaynarinfo xəbər verir ki, Messi sosial media hesabından Aquero ilə olan şəkillərini paylaşıb və ona, bu sözləri ünvanlayıb:
"Praktiki olaraq bütün karyeramızı birlikdə keçirdik, Kun ... Biz çox gözəl, başqalarında belə olmayan anlar yaşadıq və bunlar bizi getdikcə daha çox birləşdirdi, dost etdi. Və biz onları meydandan kənarda birlikdə yaşamağa davam edəcəyik. Çox az əvvəl Amerika Kubokunu qaldırmağın böyük sevinci, İngiltərədə əldə etdiyin bütün nailiyyətlər... Həqiqət budur ki, indi baş verənlərə görə sənin ən sevdiyin şeyi etdiyini dayandırmağı görmək çox ağrıdır. Şübhəsiz, sən xoşbəxt olmağa davam edəcəksən, çünki xoşbəxtliyi ötürən bir insansan və səni sevənlər səninlə olacaq. İndi həyatının yeni mərhələsi başlayır və əminəm ki, bunu təbəssümlə yaşayacaqsan. Yeni mərhələdə sənə hər şeyin ən yaxşısını arzulayıram!!! Səni çox sevirəm dostum, meydanda milli komanda ilə bir araya gələndə sənsiz çox darıxacağam!!!"
Səbuhi Həsənov