
Futbolçu papanın duaları sayəsində qalib gələcəklərinə ümid edir
Argentina yığmasının və İspaniyanın “Barselona” klubunun oyunçusu Lionel Messi argentinalı kardinal Xorxe Marino Berqolonun Roma Papası seçilməsinə sevinib. Ans Press-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, futbolçu hətta müsahibələrinidən birində 2014-cü il dünya çempionatını yeni papaya həsr edəcəyini bildirib:
“Argentinalı papa bizim üçün xoşbəxtlikdir! Mən 2014-cü il Dünya Çempionatını I Françiskoya həsr etmək istərdim!”- deyə futbolçu bildirib.
Məşhur hücumçu həm də Papanın duaları sayəsində Argentina yığmasının dünya birincisi olacağına ümid edir.
Maraqlıdır ki, Françisko qatı futbol azarkeşdir. O, uzun illər San-Losensonun klublarından birinə azarkeşklik edib. O, ölkə yığmasına da laqeyd deyil. Messi onun ən sevimli oyunçusudur.
Qaynar.info