
«Barselona» PSJ ilə «Nou Kamp»da keçirdiyi Çempionlar Liqası matçında çətin anlar yaşadı.
Bu da zədə səbəbindən ehtiyat oyunçular skamyasında oturan Lionel Messinin stress keçirməsinə səbəb oldu.
Səfərdəki 2:2 hesablı heç-heçədən sonra «Barselona»nın mərhələni rahatlıqla keçəcəyi proqnozlaşdırılırdı. Lakin Xavyer Pastorenin 50-ci dəqiqədə vurduğu qol kataloniyalıları bir anda şoka saldı. Bundan sonra stressdən yerində otura bilməyən Messini baş məşqçi Tito Vilanova 62-ci dəqiqədə Sesk Fabreqasın əvəzinə meydana buraxdı və 71-ci dəqiqdə Pedro Rodriges «Barsa»nı yarımfinala aparan qola imza atdı.(fanat.az)




