Xəbər lenti

Messinin PSJ formalarının satışı Ronaldonu kölgədə qoydu
İdman08:20 19.08.2021

Messinin PSJ formalarının satışı Ronaldonu kölgədə qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
PSJ-nin Messini transfer edəndən sonra satdığı formaların bütün zamanların rekordu olduğu müəyyənləşib.
Qaynarinfo "Milliyet"ə istinadən xəbər verir ki, bu haqda AS nəşri məlumat yayıb. Messinin 7 dəqiqə içində satılan 150 min ədəd "30" nömrəli formasının satış rəqəmi son 24 saat içərisində 832 minə yüksəlib. Formalar klubun fanşopunda 165 avrodan satılır. Bununla yanaşı ikinci keyfiyyət dərcəsindəki parçadan hazırlanan və 115 avroya satışa çıxarılan formaların da tükəndiyi bildirilib. 
Ön sifarişlər də nəzərə alındıqda, ümumilikdə Messinin 1 milyondan çox formasının satıldığı ifadə olunub.
Bu da o anlama gəlir ki, Messi 2018-ci ildə "Yuventus"a transfer olunan və 24 saat ərzində 520 min ədəd forması satılan Ronaldonun rekordunu geridə qoyub. 
Səbuhi Həsənov