ABŞ-nin MLS Liqasında çıxış edən "İnter Mayami"nin futbolçusu Lionel Messiyə kapitanlıq verilib.
Qaynarinfo-nun məlumatına görə, bunu komandanın baş məşqçisi Tata Martino açıqlayıb. O, Messinin komandanın yeni kapitanı olduğunu bildirib. Argentinalı ulduz Liqalar Kubokunda "İnter Mayami"nin "Kruz Azul"la matçında kapitanlıq sarğısını Deandre Yedlindən almışdı.
PSJ ilə müqaviləsi başa çatdıqdan sonra Messi "İnter Mayami"yə transfer olunub və Amerika klubu ilə 2026-cı ilə qədər müqavilə imzalayıb.
Messinin formasını geyindiyi klub "Barselona"dan Serxio Buskets və Xordi Albanı da heyətinə qatıb.
Səbuhi Həsənov