İraq Kürd Bölgə İdarəsinin lideri Məsud Bərzani 1 noyabrda hakimiyyəti təhvil verməyə hazırlaşır.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Bərzani 1 noyabrda sona yetəcək prezidentlik dövrünün uzadılması təklifini qəbul etməyib.
Prezidentin baş məsləhətçisi Hemin Havramı "Twitter" hesabında açıqlama verərək bildirib ki, Bərzani bu gün iclas keçirəcək parlamentə bu barədə məktub göndərib. Havramı Məsud Bərzaninin 2013 və 2015-ci illərdə 2 dəfə 2 il müddətinə uzadıldığını da xatırladıb.
Qeyd edək ki, iyun ayında Kürd bölgəsinin lideri 1 noyabr tarixinə parlament və prezident seçkiləri təyin etmiş, lakin ötən günlərdə bölgədə keçirilən müstəqillik referendumu və gərgin vəziyyətlə əlaqədar bu qərarın 8 ay təxirə salındığını açıqlamışdı.
Gülşən
Qaynarinfo.Az