Xəbər lenti

Məşvərət Məclisi kütləvi aksiyalara hazırlaşır
Ölkə14:53 15.03.2013

Məşvərət Məclisi kütləvi aksiyalara hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Demokratik Qüvvələrin Məşvərət Məclisinin ötən iclasında kütləvi tədbirlərin keçirilməsi ilə əlaqədar müzakirələr olub”. Bu açıqlamanı Apa-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə verib.

Y. Bağırzadə deyib ki, DQMM seçki öncəsi demokratik mühitin formalaşdırılması şüarı altında may ayından kütləvi aksiyalar keçirməyə qərar verəcək: “Məşvərət Məclisinin ötən iclasında kütləvi tədbirlərin keçirilməsi ilə əlaqədar müzakirələr olub və mayın əvvəlindən kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb. Hazırda Bakı şəhər icra hakimiyyətinin öncəki piketə imtina qərarından məhkəmə prosesi sona yetmək üzrədir. Ona görə də biz hüquqi müstəvidə bu məsələni həll etdikdən sonra, artıq may ayının əvvəlindən kütləvi tədbirlərin keçirilməsi haqqında qərar verəcəyik”.

Qaynar.info