Ölkənin media qurumlarının və yayımçıların yanvarın 31-də Sabir bağında keçirəcəyi etiraz aksiyası təxirə salınıb.
Saat 15.00-a Sabir bağına planlaşdırılan piketin təxirə salınmasına səbəb yayımçıların icazəsiz aksiyaya çıxmaq istəməməsi və paytaxtdakı çovğundur. Media nümayəndələri növbəti dəfə aksiya keçirilməsi üçün meriyaya müraciət ünvanlayacaq. Musavat.com-un məlumatına görə, yayımçılar gələn həftənin beşinci günü- fevralın 7-də aksiya keçirməyi planlaşdırırlar. Həmçinin yanvarın 31-dəki aksiyaya icazə verilmədiyi üçün Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə veriləcək.
Musavat.com-un xəbərinə görə, piketə icazə verilməməsi, yayım firmalarının icazəsiz aksiyaya getmək istəməməsi, həmçinin çovğun və qar olması, bəzi qəzetlərin əməkdaşlarının tam yığılmaması səbəbindən aksiya təxirə salınıb. Ancaq meriyanın qərarından məhkəməyə müraciət ediləcək, eyni zamanda növbəti dəfə piket üçün quruma müraciət ünvanlanacaq. Fevralın 7-də meriyanın icazə verib-verməməsindən asılı olmayaraq piket keçiriləcək.