Xəbər lenti

Metro açıldığı üçün avtobus sayı azaldılacaqmı?
Ekonomiks09:01 09.05.2020

Metro açıldığı üçün avtobus sayı azaldılacaqmı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Metronun açıldığı indiki dövrdə avtobus sayında hər hansı azalma tətbiq etməyəcəyik”.
Qaynarinfo xəbər verir ki, bunu "AVTO FM” radiosunun efirində qonaq olan BNA-nın rəsmi nümayəndəsi Vüqar Məmmədzadə deyib.
"Bir neçə gündən sonra zərurət yaranarsa, pik vaxtlarda avtobusların sayı olduğu kimi qalacaq, qeyri-pik saatlarda isə sərnişin sayında kəskin azalma müşahidə olunarsa, xətdən bir və ya iki avtobus azaldıla bilər. Bundan artıq avtobus azalması olmayacaq. Çünki əsas məqsəd sosial məsafanin qorunması və avtobuslarda sərnişin sıxlığının yaranmamasıdır. Burada söhbət ekspress xətlərdən gedir, müntəzəm marşrutlar isə öz rejimində işləyir”, - deyə agentlik rəsmisi bildirib.