
Qaynar.info İTAR-TASS-a istinadən bildirir ki, Moskva metrosundakı qəzada ölənlərin sayı artıq 10 nəfərə, yaralıların sayı 120-yə çatıb.
12:16
Bu gün səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərində metroda dəhşətli faciə baş verib.
ANS PRESS-in məlumatına görə, metronun “Slavyanskıy bulvar”stansiyasında qatar relsdən çıxıb.
Baş verən qəzada 50 nəfərdən çox insan xəsarət alıb. Məlumat daxil olan kimi hadisə yerinə çoxlu sayda təcili yardım, xilasedicilər və hüquq-mühafizə orqanları cəlb olunub.
Qeyd edək ki, qəzaya uğrayan qarat “Kiyevski” - “Molodyojnaya” stansiyası istiqamətində hərəkət edirmiş. Məlumat daxil olan kimi polis “Slavyan bulvarı” stansiyası ətrafını mühasirəyə alıb. Qəzadan sonra həmin istiqamətlərdə metronun faəliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu səbəbdən də, “Kiyevski” - “Molodyojnaya“ stansiyası istiqamətində 66 avtobus xidmət göstərir.
Qəza ilə bağlı yaradılan operativ qərargahdan bildirilən məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər yaralanıb, onlardan 10-u xəstəxanaya çatdırılıb. Səhiyyə Departamentinin rəhbəri Georgi Qoluxov isə bildirib ki, hadisə nəticəsində 80 nəfər xəsarət alıb.
Hadisə nəticəsində yaralananların bəzilərinin vəziyyəti olduqca ağırdı. Onların həyatda qalmalarına ümid olduqca azdır.
Faktla bağlı araşdırmalara başlanılıb.
Qaynar.info













