
"Metsamor" atom elektrik stansiyasında (AES) Çernobıldakı kimi qəza baş verə bilər.
Bunu Aydaho Universitetinin/Perspektivli Enerji Araşdırmalar Mərkəzinin mexaniki və nüvə mühəndisliyi üzrə professoru Akira Tokihiro deyib.
Onun sözlərinə görə, Çernobıldakı hadisəyə baxmayaraq, "Metsamor" AES-də qərb tipli müdafiə xarakterli hermo-örtük tikilmədi.
Ekspert qeyd edib ki, dünya ictimaiyyəti "Metsamor" AES-də təhlükəsizliklə bağlı problemlərin həllinə daha çox diqqət ayırmalı və zəruri tədbirlər görməlidir: "Ümid etmək istərdim ki, Beynəlxalq Atom Enerjisi Agentliyi "Metsamor" AES-lə bağlı fəaliyyətlərə çağırış üzrə daha nəzərəçarpan rol oynayacaq".(trend)
Qaynarinfo.az