Xəbər lenti

Meyvə şirəsindən qurd çıxdı - VİDEO
Ölkə09:11 28.03.2016

Meyvə şirəsindən qurd çıxdı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda istehsal olunan meyvə şirəsinin içindən qurd çıxıb.

Qaynar.info aznews.az-a istinadən bildirir ki, qurd "Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi" MMC tərəfindən istehsal olunan "Badamlı" şaftalı nektarının içindən çıxıb. Əməkdaşımız Bakıdakı marketlərdən birindən aldığı şirəni süzərkən ətrafa xoşagəlməz qoxunun yayıldığını bildirib: "Bundan sonra şirənin qabını kəsib baxdıq. Məlum oldu ki, şirənin yuxarı hissəsi tamamilə kif bağlayıb. Kifin üzərində isə xırda qurdlar gəzişirdi. Bundan əlavə şirənin içərisində nə olduğu bilinməyən xarab kütlə yığını da var idi". 

Qeyd edək ki, şirələrin üzərində son istifadə müddəti 26.11.2016-cı il göstərilib.

Qaynar.info