Xəbər lenti

“Meyvəli”də zəhərli Ermənistan kartofu tutuldu
Ölkə08:28 12.11.2013

“Meyvəli”də zəhərli Ermənistan kartofu tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir sıra xəbər portallarında yayılan məlumata görə, Azərbyacan gömrükçülərinin və Kənd Təssərüfatı Nazirliyinin əməkdaşlarının "Meyvəli" Ticarət Mərkəzində apardığı araşdırmalar zamanı Gürcüstandan gətirildiyi ehtimal edilən kartofda xəstəlik aşkar olunduğu üçün yükləndiyi maşınlar möhürlənib. Araşdırmalar zamanı məlum olub ki, kartof əslində Gürcüstan yox, Ermənistandan gətirilib. Axar.az Kənd Təsərrüfatı Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevlə əlaqə saxlayıb. Nazirlik rəsmisi qısaca olaraq faktı təsdiqləsə də, geniş açıqlama verməyib: “Bildiyiniz kimi, bu gün bayram olduğu üçün iş günü sayılmır. Ona görə geniş məlumat verə bilmərəm. Sabah əlaqə saxlasanız, geniş açıqlama verərəm”.
 
Qeyd edək ki, sözügedən məsələ Gürcüstanla Ermənistan arasında da qalmaqal yaradıb.
 

Qaynar.info