Xəbər lenti

Dünya 22:45 22.06.2022

Microsoft emosiya oxuyan texnologiyanın satışını dayandırır

Microsoft üz təsvirinə əsaslanaraq insanların emosiyalarını oxuyan texnologiyanın satışını və sifətin tanınması texnologiyasına maneəsiz girişi dayandıracaq.
 
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Microsoft şirkəti məlumat yayıb. Haırda Microsoft emosiyaların tanınması sistemlərinin elmə əsaslanıb-əsaslanmadığını təhlil edir.
 
"Məxfilik, emosiyaların tərifi ilə bağlı konsensusun olmaması və istifadə halları, bölgələr, demoqrafik göstəricilər üzrə üz ifadəsi ilə emosional vəziyyət arasındakı əlaqəni ümumiləşdirməyin mümkünsüzlüyü üzə çıxıb",- Microsoftun meneceri Sarah Bird bəyan edib.

Microsoft həmçinin bildirib ki, müştərilər indi insanların veb-saytlara daxil olmasına və ya üz skanı ilə bağlı qapıları açmağa imkan verən üz tanıma xidmətlərindən istifadə etmək üçün icazə almalıdır. Şirkət müştəriləri məxfiliyi pozan və ya texnologiyanın yetkinlik yaşına çatmayanların müəyyən edilməsi kimi problem yarada biləcəyi hallardan çəkinməyə çağırıb, lakin bu cür istifadəni açıq şəkildə qadağan etməyib.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->