Xəbər lenti

Mikayıl Cabbarov səfirləri qəbul etdi
Ölkə15:21 31.07.2013

Mikayıl Cabbarov səfirləri qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Görüşdə ölkələr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə mövzusu olub

Bu gün təhsil naziri Mikayıl Cabbarov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye və Almaniya Federativ Respublikasının ölkəmizdəki səfirliyinin daimi işlər müvəkkili Volfqanq Mössinger ilə görüşüb.

Qaynar.infonun Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hər iki görüş zamanı ölkələr arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, ikitərəfli görüşlərdə ali məktəblər arasında əməkdaşlıq, orta və ilk peşə-ixtisas təhsili sahəsində birgə layihələr, təqaüd proqramları ilə bağlı məsələlər müzakirə edilib.


Qaynar.info