
“Yüksək təhsilli kadrlar Azərbaycanın lokomotivinə çevriləcək. Azərbaycan gənc ölkədir, qədim tarixi köklərə malikdir və çox qısa vaxt ərzində regionun aparıcı dövlətinə çevrilib”.
APA-nın məlumatına görə, bu sözləri “Dəyişən dünyada Cənubi Qafqaz” adlı 2-ci forumda məruzə ilə çıxış edən təhsil naziri Mikayil Cabbarov deyib. O bildirib ki, Azərbaycanda təhsilin inkişafına böyük diqqət yetirilir: “Təhsil səviyyəsinin qaldırılması əsas strategiyamızdır, bu sahədə böyük işlər, layihələr həyata keçirilir. Azərbaycan gənclərinin xaricdə təhsil almalarına diqqət yetirməklə yanaşı, biz yerli təhsil müəssisələrini də dəstəkləyirik. Əsas önəm verdiyimiz məsələlərdən biri də gənclərin düzgün ixtisas seçməsidir. Eyni zamanda “qara qızıl”ın insan kapitalına çevrilməsi vacibdir. Bu konsepsiya Azərbaycanın sosial-iqtisadi inkişafına kömək edəcək”.