
MİL Sosial Elmlər Mərkəzi tərəfindən və “Bakı Türk Evi”nin texniki dəstəyilə 23, may, saat 15:00-17:00-da “Qadınlara qarşı zorakılığın sosial və psixoloji səbəbləri” mövzusunda seminar həyata keçirilib.
Qaynar.info xəbər verir ki, Tədbir MİL İctimai Əlaqələr meneceri Amal Ata tərəfindən açıldı, daha sonra qrup üzvü Elnur Quliyev layihə və lektorları iştirakçılara təqdim etdi. Keçirilən seminarda ekspert qismində ABŞ-da “Ailədaxili zorakılıq” sahəsi üzrə təhsil almış Xalisə Şahverdi və müxtəlif ölkələrdə psixoterapevtik kurslar və təlimlər keçmiş Şəbnəm Sadıqova çıxış etdi. Ekspertlər məsələyə dair sosioloji və psixoloji mülahizələrini irəli sürdülər. Çıxışlardan sonra iştirakçılar onları maraqlandıran və narahat edən məsələrə dair öz suallarını ekspertlərə verdilər və tədbir mövzu haqqında müzakirələrlə sona çatdı.
MİL haqqında:
Menecerlərin İnkişafı Layihəsi - MİL gənclərin könüllü ictimai təşəbbüsü olaraq fəallıq, peşəkarlıq, azad düşüncə, dözümlülük və plüralizmi əsas dəyər kimi mənimsəmiş menecerlər yetişdirir. MİL-in əsas məqsədi ictimai təşkilatlar və layihələrin idarə edilməsində gənclərin mütəxəssis kimi formalaşmasına dəstək olmaq və vətəndaş cəmiyyətinin inkişafına təkan verməkdir.
Əlaqə: https://www.facebook.com/milsebekesi
e-mail: [email protected]
Qaynar.info