Somalinin Qalmuduq Muxtar Vilayətinin deputatı Məhəmməd Əbdi Quled mübahisə etdiyi digər deputatın mühafizəçiləri tərəfindən öldürülüb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Moqadişu deputatı Mahmud Abuukatenin mühafizəçiləri tərəfindən güllələnən Quled xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra açıqlama verən Abuukate bildirib ki, Quledin maşını onun olduğu maşını vurub, təhlükəsizlik xidməti ondan dayanmasını istəsə də, silahını çıxartmağı seçib və mühafizəçiləri atəş açmağa məcbur edib.
Deputatın mühafizəçiləri daha sonra həbs edilib.
Qeyd edək ki, 1991-ci ildə ildə vətəndaş müharibəsinin baş verdiyi Somalidi bir qrup tayfa nümayəndəsi 2006-cı ildə Qalmuduqu muxtar vilayət elan etmişdi.
Gülşən