Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti İsmayıl Osmanlının 120 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.
Teatrın mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, gecə aprelin 10-da Akademik Milli Dram Teatrında baş tutacaq.
Gecədə İsmayıl Osmanlının Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışılacaq, yaratdığı obrazlara nəzər salınacaq.
Daha sonra "Dəli yığıncağı” tamaşası nümayiş olunacaq. Tamaşanın rejissoru Bəhram Osmanov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.
Səhnə əsərində Xalq artistləri Nurəddin Mehdixanlı (Fazil Küleyni), əməkdar artistlər Sənubər İsgəndərli (Doktor Lalbyuz), Elşən Rüstəmov (Molla Abbas), Vəfa Rzayeva (Pırpız Sona), Elnar Qarayev (Hacı Nayib), Elşən Cəbrayılov və aktyor Elnur Qədirov (Formasyon Rüstəm) və başqaları rol alıb.
Bahar Rüstəmli