Xəbər lenti

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar bəyanat qəbul etdi (YENİLƏNİB)
Siyasət05:39 06.10.2023

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə əlaqədar bəyanat qəbul etdi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar bəyanat müzakirəyə çıxarılıb.
Qaynarinfo xəbər verir ki, müzakirələrdən sonra bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.
Bəyanatda bildirilib ki, Milli Məclis Avropa Parlamentinin qətnaməsinə qəti etiraz edir və bu addım şiddətlə qınanılır. Azərbaycanın Avropa Parlamentinin qarşısında heç bir öhdəliyi yoxdur. Məlumdur ki, qərəzli qətnamə Fransanın təhriki ilə antiazərbaycan deputatların saxla məlumatları əsasında hazırlanıb.
09.39
Bu gün Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinə cavab olaraq bəyanat qəbul edəcək.
Report xəbər verir ki, məsələ parlamentin oktyabrın 6-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, Avropa Parlamenti oktyabrın 5-də Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edib.