Xəbər lenti

Milli Məclis Cinayət Məcəlləsində dəyişiklik edəcək
Ölkə11:47 12.04.2013

Milli Məclis Cinayət Məcəlləsində dəyişiklik edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dəyişikliklə əsasən məcburi əməyə cəlbetməyə görə cəzalar sətləşdirilir.

Belə ki, hədə-qorxu, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə (xidmətin göstərilməsinə) məcbur edənlər dprd ildən səkkiz ilədək islah işlərinə cəlb olunacaqlar (indiyədək iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı).

Eyni əməllər iki və ya daha çox şəxs barəsində törədildikdə; təkrar törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə;. təqsirkar şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə yeddi ildən on ilədək cəza nəzərdə tutulur (indiyədək üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə idi).

Yuxarıda qeyd olunan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə təqsirkar şəxsi doqquz ildən on iki ilədək həbs cəzası gözləyir (indiyədək beş ildən on ilə qədər idi).

Qaynar.info