Xəbər lenti

Milli Məclis daha 10 məsələni müzakirəyə çıxaracaq
Ölkə12:20 11.05.2018

Milli Məclis daha 10 məsələni müzakirəyə çıxaracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin mayın 18-də keçriləcək iclasının gündəliyi məlum olub.
Modern.az-ın məlumatına görə, iclasın gündəliyinə 10 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. "Yanğın təhlükəsizliyi haqqında” qanuna dəyişiklik;
2.  "Hesablama Palatasının hesabatı haqqında” qanuna dəyişiklik;
3. Əmək Məcəlləsinə dəyişiklik;
4. "Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi 3-cü oxunuşda;
5. "Dövlət qulluğu haqqında” qanuna dəyişiklik;
6. "Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişiklik;
7. "Dərman vasitələri haqqında” qanuna dəyişiklik;
8. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanuna dəyişiklik;
9. "Hesablama Palatası haqqında” qanun layihəsi 2-ci oxunuşda;
10. "Təhsil haqqında” qanuna dəyişiklik.