Xəbər lenti

Milli Məclisdən deputatlara qadağa
Ölkə09:04 09.01.2014

Milli Məclisdən deputatlara qadağa

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Milli Məclisinə telefonla giriş qadağan olundu

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğunun modern.az-a verdiyi məlumata görə, təhlükəsizlik baxımından Milli Məclisin binasına daxil olan bütün şəxslərin mobil telefonları əlindən alınacaq. Artiq bununla bağlı qərar qəbul olunub: “Bu qərar Milli Məclisə daxil olan hər kəsə aid olunacaq. Burada vəzifə bölgüsü aparılmayacaq. Deputatlar, Milli Məclisə gələn qonaqlar və jurnalistlərin hamısının telefonu binaya daxil olarkən əlindən alınacaq. Təhlükəsizlik baxımından və standartlara uyğun olaraq bəzi avadanlıqların Milli Məclisə keçirilməsi qadağandır”.

Bütün dünyada belə bir təcrübənin olduğunu deyən Akif Təvəkküloğlu onu da bildirib ki, prosesə nəzarət etmək üçün hər bir şərait var.


Qaynar.info