Xəbər lenti

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub
Siyasət11:52 10.05.2019

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Məclisinin növbəti iclasının vaxtı və gündəliyi məlum olub.
Qaynarinfo xəbər verir ki, ayın 17-də keçiriləcək iclasın gündəliyinə 18 məsələ daxildir.
Bunlar "Dövlət rüsumu haqqında", "Telekommunikasiya haqqında", "Yol hərəkəti haqqında" qanunlarına, eləcə də Mülki, İnzibati xətalar məcəllələrinə dəyişiklik layihələridir.
İclasda yeni hazırlanan "Standartlaşdırma haqqında" (üçüncü oxunuş), "Texniki təmizləmə haqqında" (ikinci oxunuş) qanun layihələrinə də baxılacaq.