Xəbər lenti

Milli Məclisin xərci - 23 milyon
Ölkə09:21 21.11.2014

Milli Məclisin xərci - 23 milyon

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclis özünün gələn ilki xərclər smetasını müzakirə edib. “Qafqazinfo” xəbər verir ki, xərclər smetası barədə məlumat verən Milli Məclisin İşlər İdarəsinin müdiri Firudin Hacıyev Milli Məclis və Aparatının saxlanılması üçün 2015-cu il üzrə xərclərin 23 milyon 357 min 94 manat olması nəzərdə tutulduğunu bildirib. 
Bunun 69,7 faizinin əmək haqlarına xərclənilməsi planlaşdırılır. Layihədə ezamiyyə xərclərinə 1 milyon 473 min 900 manat ayrılıb. Rabitə xərcləri üçün isə 240 min manat vəsait nəzərdə tutulub.
Həmçinin F. Hacıyev əlavə edib ki, 2014- cü ildə Milli Məclisin avtoparkına müxtəlif markalı minik avtomobilləri alınaraq istifadəyə verilib. Milli Məclisə gələn nümayəndə heyətlərinin mehmanxana xərclərinin və digər alış xidmətləri yarımmmaddəsinə 980 min manat vəsait nəzərdə tutulub. 
F. Hacıyev maliyyə naziri Samir Şərifovdan ayrılan vəsaitin çatışmamazlığını nəzərə alaraq göstərilən bəzi maddələr üzrə 2015- ci ilin xərclər smetasında rəqəmsal tv kanalının qəbuledicisinin alınıb quraşdırılması və abunə haqlarının ödənilməsini  və digər alışlar, xidmətlər maddəsinə 50 min manat, Milli Məclisin avtoparkının maddi- texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomaşınların nəqliyyat vasitələri alınması maddəsinə 400 min manat, inzibati binada quraşdırılımış sərnişin liftlərini  elektrik yükü ilə təmin etmək üçün bir ədəd ups alınıb quraşdırılmasına 50 min manat vəsait ayrılmasına köməklik göstərməyi xahiş edib.
Qaynar.info