Xəbər lenti

Milli Parkın ərazisi yenidən YANIR
Ölkə13:25 13.08.2014

Milli Parkın ərazisi yenidən YANIR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 13-ü saat 16 radələrində Hirkan Milli Parkının Sefidor meşəbəyliyinin 24-cü dolayında yanğın hadisəsi baş verib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, naməlum səbəblərdən baş verən yanğının söndürülməsinə ETSN əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və helikopteri cəlb olunub. 

İ. İbrahimova bildirib ki, ərazi dağlıq sahə olduğundan ETSN-in əməkdaşları yanğının qarşısının alınması üçün mümkün olan bütün vasitələrdən istifadə edir. Yanğın 40 sota yaxın sahəni əhatə edib. 

Hazırda  yanğının söndürülməsi istiqamətində operativ tədbirlər həyata keçirilir. 

ETSN  havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Qaynar.info