
Milli Şura Azərbaycanda keçiriləcək referenduma etiraz məqsədi ilə mitinqlərə başlamaq qərarını verib.
Qaynarinfo.Az xəbər verir ki, bu məlumatı AXCP sədri Əli Kərimli öz "Facebook" səhifəsində paylaşıb. O bildirib ki, ilk mitinq sentyabrın 11-də saat 17:00-da "İnşaatçılar" metrostansiyası yaxınlığındakı "Məhsul" stadionunda keçiriləcək.
Mitinq İcra Hakimiyyəti ilə razılaşdırılacaq.
Qeyd edək ki, Azərbaycanda ümumxalq səsverməsi (referendum) sentyabrın 26-da keçiriləcək.
Qaynarinfo.Az