Xəbər lenti

Milli Şuran üzvünə ölkədən çıxmağa qadağa qoyuldu
Ölkə10:39 02.09.2013

Milli Şuran üzvünə ölkədən çıxmağa qadağa qoyuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nardaran Ağsaqqal Şurasını sədri, Milli Şuranın üzvü Natiq Kərimovun ölkədən çıxması ilə bağlı qadağa qoyulub.

Bu barədə FaktXeber.com-a Natiq Kərimovun özü məlumat verib. Hər 6 aydan bir xarici ölkəyə müayinəyə getdiyini qeyd edən Natiq Kərimov, bu dəfə ki, səfərində gömrükdən onun ölkədən çıxması ilə bağlı qadağa qoyulduğunu bildirdi:

“Sənədlərimdə heç bir problem yox idi. Gömrükdə heç bir səbəb göstərilmədən ölkədən çıxmağımla bağlı qadağanın olduğunu söylədilər. Axşam saat 12-yə qədər sərhəd keçid məntəqəsində gözlədikdən sonra Bakıdan cavab gəldi ki, aprel ayında mənim ölkədən çıxmamağımla bağlı qərar verilib. Aprel ayında Hacı Taleh Bağırovla bağlı Nardaranda aksiyalar keçirilib. Ola bilsin bununla bağlı hər hansı bir qadağa qoyulsun. Lakin mitinq keçirdiyimizə görə ölkədən çıxmağıma qadağanın qoyulması absurddur. Sərbəst toplaşmaq azadlığımız bizim hüququmuzdur və biz haqqımızdan istifadə etmişik. “
 
Müsahib onu da bildirdi ki, onun ölkədən çıxması ilə bağlı qadağanı Sabunçu Rayon Polis İdarəsi verib: ”Mənə idarədən bildirdilər ki, problem 5-6 gündən sonra aradan qaldırılacaq. Bu gün problemin həlli ilə bağlı hər hansı bir cavabın veriləcəyini bildirmişdilər. Hələ ki, heç bir cavab verilməyib".

Qaynar.info