
11 il müddətinə azadlıqdan məhrum edilmiş vicdan məhbusu, ilahiyyatçı-alim Abgül Süleymanov həbsxanadan məktub göndərib.
Nüfuzlu ruhani yazdığı məktubda bir çox məqamlara tamamilə aydınlıq gətirib. Musavat.com-un məlumatına görə, məktubda deyilir: “Bir müddətdir ölkədəki ictimai-siyasi proseslərdə bizim mövqeyimiz, daha dəqiq desək Milli Şura adlı müxalifət blokuna olan münasibətimiz müzakirə mövzusu olmaqdadır. Bu barədə konkret olaraq deyirəm ki, biz Milli Şuraya heç vaxt daxil olmamışıq. Və bildirirəm ki, mətbuatda bizim müstəqil mövqeyimizi əks etdirməyən, guya siyasi bloklara qoşulmağımız barədə xəbərlər səhvdir, iradəmizin əleyhinə olaraq adımızdan istifadə edilməsi halları tamamilə yanlış addımdır. Biz özümüz qurum təsis etmək, hər hansı qüvvələrlə, qurumlarla ittifaqa getmək və ya digər istənilən ictimai-siyasi fəaliyyətimizlə bağlı açıqlama vermək istəyəndə, bu barədə hamı mənim oz dilimdən eşidib biləcək”.
Qeyd edək ki, Abgül Süleymanov 2011-ci ildə həbs edilib.