Xəbər lenti

Millilərimizdə məşqçi dəyişiklikləri gerçəkləşdi
İdman14:50 04.11.2016

Millilərimizdə məşqçi dəyişiklikləri gerçəkləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Güləş üzrə ölkə yığma komandalarının məşqçilər korpusunda dəyişiklik edilib. 

Qaynarinfo.Az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyevin imzaladığı əmrə əsasən yığma komandaların məşqçilər korpusunda dəyişiklər olub. 

İranlı məşqçi Cəmşid Xeyrabadi yunan-Roma millisindən uzaqlaşdırılıb. Bunadək sərbəst güləş yığmamızda baş məşqçilik edən rusiyalı məşqçi Saypulla Absaidov isə böyüklərdən gənclər millisinə göndərilib. 

Edilən dəyişikliklərdən sonra böyüklər yaş kateqoriyasında məşqçilər heyəti aşağıdakı kimidir:

YUNAN-ROMA GÜLƏŞİ

Böyüklər

Baş məşqçi əvəzi - Akif Əliyev

Böyük məşqçi - İlqar Abdulov

Məşqçi - Nurəddin Rəcəbov

Gənclər

Böyük məşqçi - Şaban Donat

Məşqçi - Zöhrab Abbasov 

Məşqçi - Turac Hüseynli 

Yeniyetmələr

Böyük məşqçi - Bəhram Mürvətov 

Məşqçi - İslam Cəfərov

Məşqçi - Fuad Alıyev 

Kiçik yaşlı yeniyetmələr

Böyük məşqçi - Əfsər Namazəliyev

Məşqçi - Rasim Ağayev

SƏRBƏST GÜLƏŞ

Böyüklər 

Baş məşqçi əvəzi - Firdovsi Umudov

Böyük məşqçi - Zəlimxan Hüseynov 

Məşqçi - Arif Abdullayev

Məşqçi - Sadruddin Ayqubov 

Gənclər

Böyük məşqçi - Saypulla Absaidov

Məşqçi - Rövşən Hacıyev

Yeniyetmələr

Böyük məşqçi - Əsgərxan Novruzov

Məşqçi - Vahid Məmmədov 

Məşqçi - Yaşar Əliyev

Kiçik yaşlı yeniyetmələr

Məşqçi - Mehman Nəcəfov

Məşqçi - Elşad Allahverdiyev

QADIN GÜLƏŞİ

Böyüklər

Baş məşqçi - Semyon Çterev

Böyük məşqçi - Aslan Ağayev

Məşqçi - Rövşən Umudov

Gənclər və Yeniyetmələr

Böyük məşqçi - Nazim Əlicanov

Məşqçi - Həsrət Məmmədyarov 

Məşqçi - İsaməddin Hüseynov

Qeyd edək ki, bu dəyişikliklərin səbəbləri açıqlanmayıb. Lakin 2 əcnəbi məşqçi ilə müqavilələrin müddətinin uzadılmamasına ilkin səbəb kimi komandaların Rio Olimpiadasında qızıl medallara həsrət qalmasını göstərmək olar.

Qaynarinfo.Az