Xəbər lenti

Millimiz bu gün finalda İranla üz-üzə gələcək
İdman06:11 06.11.2022

Millimiz bu gün finalda İranla üz-üzə gələcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, yarışın sonuncu günündə mükafatçılar bəlli olacaq.
İlk olaraq üçüncü yer uğrunda görüşdə Türkiyə və dünya yığması üz-üzə gələcək. Bu qarşılaşmanın ardından Azərbaycan və İran milliləri qızıl medal üçün xalçaya çıxacaq.
Azərbaycan komandası B qrupunda dünya yığmasına qalib gəlib. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.
İran kollektivi isə A qrupunda Türkiyə və Qırğızıstandan güclü olub.