Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, komandamız Viborq şəhərindəki Viborq stadionunda Bakı vaxtı ilə saat 20:00-da Danimarka millisi ilə qarşılaşacaq. Oyunu Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Danimarka altı komandanın yer aldığı qrupda 21 xalla liderdir. 3 xala malik Azərbaycan yığması isə sonuncu pillədə qərarlaşıb.
12 aprel
20.00. Danimarka – Azərbaycan
Hakimlər: Silvia Dominqos, Olqa Almeyda, Kristina Moreyra Kosta, Filipa Pereyra Kunha (Danimarka)
Viborq stadionu.
Səbuhi Həsənov