Xəbər lenti

Millimiz İspaniya ilə qarşılaşacaq
İdman11:06 13.11.2021

Millimiz İspaniya ilə qarşılaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.
Qaynarinfo xəbər verir ki, millimiz İspaniya yığması ilə qarşılaşacaq. İngiltərə və lüksemburqlu hakimlər briqadasının idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 21:00-da Lüksemburqda keçiriləcək. Elxan Abdullayevin komandası seçmə mərhələnin ilk görüşdə qrupun digər iştirakçısı Belçika yığmasına 1:5 hesabı ilə məğlub olmuşdu.
21.00. İspaniya (U-19) - Azərbaycan (19)
Hakimlər: Davit Koote, Nick Hopton (hər ikisi İngiltərə), Dani Dias Balsa, Sedrik Biever (hər ikisi Lüksemburq)
Bissen, "Terran Busbirq" stadionu 
Səbuhi Həsənov