Xəbər lenti

Millimiz Monteneqroya yenə qalib gəldi
İdman18:11 18.08.2023

Millimiz Monteneqroya yenə qalib gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, "Dalğa Arena”da monteneqrolu yaşıdları ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb. Millimizin qollarını Əkbər Məhərrəmov və penaltidən Həsən Nəzərli vurub.
Qeyd edək ki, bu komandalar arasında üç gün əvvəl keçirilmiş ilk oyun millimizin 4:1 hesablı qələbəsilə nəticələnmişdi.