Xəbər lenti

Millimiz qrupda sonuncu matçını keçirəcək
İdman12:15 12.04.2022

Millimiz qrupda sonuncu matçını keçirəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda bu gün sonuncu oyununu keçirəcək.
Qaynarinfonun məlumatına görə millimiz Şimali İrlandiyada təşkil olunan qrup mərhələsinin son oyununda meydan sahibi komanda ilə üz-üzə gələcək.
Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyununu Estoniya və Qazaxıstandan olan hakimlər idarə edəcək.
17.00. Azərbaycan – Şimali İrlandiya
Hakimlər: Tatyana Sorokopudova (Qazaxıstan), Nargis Magau (Qazaxıstan), Anni Koppel (Estoniya), Triinu Laos (Estoniya)
12 aprel. İnver Park. Larne.
 
Səbuhi Həsənov