Xəbər lenti

Millimiz seçmə mərhələyə qələbə ilə başladı
İdman15:03 06.04.2022

Millimiz seçmə mərhələyə qələbə ilə başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda mübarizəyə başlayıb.
Qaynarinfo xəbər verir ki, B liqasının I qrupunda mübarizə aparan yığma Farer adaları ilə qarşılaşıb. Şimali İrlandiyanın Larn şəhərindəki "İnver Park" stadionunda baş tutan görüş Vüqar Əsgərlinin baş məşqçi olduğu kollektivin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığmanın heyətində qolları 20-ci dəqiqədə Aysun Muradova və 41-ci dəqiqədə Pərvin Səfərəliyeva vurublar.
Qeyd edək ki, bu qrupun digər oyununda ev sahibi Şimali İrlandiya Malta seçməsi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Azərbaycan millisi qrupdakı ikinci matçını aprelin 9-da Maltaya qarşı keçirəcək.