Xəbər lenti

Millimiz üçün yeni türk namizəd: görüş planlaşdırılıb
İdman07:50 06.11.2021

Millimiz üçün yeni türk namizəd: görüş planlaşdırılıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Millimizin baş məşqçi postuna namizədlərdən daha birinin adı müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, cari tsiklin sonunda millidən gedəcəyi gözlənilən Canni De Byazini türkiyəli mütəxəssis Samet Aybaba əvəzləyə bilər. Bu haqda Türkiyə mediası iddia irəli sürüb. Aybaba millinin baş məşqçi postuna ən real namizədlərdən sayılır. AFFA rəhbərliyinin indi də sözügedən mütəxəssislə görüşəcəyi söylənilir. Görüşün qarşıdakı həftədə baş tutacağı gözlənilir. 66 yaşlı məşqçinin millimizə gəlməsinə isti baxdığı bildirilir. 
Türkiyədə "Beşiktaş", "Trabzonspor", "Bursaspor" və bir çox klubları çalışdırmış Aybaba sonuncu dəfə "Adana Demirspor"un baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında Superliqaya vəsiqə qazanmışdı. 
Buna qədər AFFA rəhbərliyinin digər türk məşqçi Okan Burukla danışıqlar apardığı və ona 2+2 illik müqavilə təklif etdikləri bildirilirdi. 
Səbuhi Həsənov