
17 yaşadək futbolçulardan ibarət millimizin və "Qarabağ"ın qapıçısı Məmməd Hüseynovun dünən Avropa çempionatının Belçika ilə matçının (1:1) 60-cı dəqiqəsində başından ciddi zədə aldığını xəbər vermişdik. Jül Vanhakke ilə mübarizə zamanı onun beyni silkələnmiş və 62-ci dəqiqədə meydandan çıxarılmışdı. Hüseynov "Modern Hospital"a aparılmış, orda məlum olmuşdu ki, futbolçu üçün Avropa çempionatı artıq başa çatıb.
Qaynarinfo.az xəbər verir ki, Avropa çempionatı üçün millimizdə yeganə qapıçı "Neftçi"li Kamran İbrahimov qaldığından, ehtiyatda 1 qolkiperin olması mütləqdir.
Bunun üçün AFFA UEFA-ya istisna hal kimi digər qapıçının adının "18-liy"ə daxil edilməsini istəyib. Bu, "20-lik"də ehtiyat oyunçu kimi 2 futbolçudan 1-i olan "Qəbələ"nin qapıçısı Murad Popovdur.

Qapıçımızın zədə anına 5-ci dəqiqədən etibarən baxa bilərsiniz:
Qaynarinfo.az