Xəbər lenti

Millimizdən möhtəşəm gerilik - 22 pillə
İdman10:40 18.09.2014

Millimizdən möhtəşəm gerilik - 22 pillə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Fanat.az xəbər verir ki, Azərbaycan millisi 22 pillə geriləyib.

Aktivində 344 xal olan komandamız 73-cü pillədən 95-ci yerə düşüb. Buna səbəb Özbəkistanla 0:0 hesablı heç-heçə, Rusiyaya 0:4 və Bolqarıstana 1:2 hesablı yenilgilər olub.

Yığmamızın AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərindən İtaliya bir pillə irəliləyib (13-cü pillə, 1068 xal), Xorvatiya 3 pillə geriləyib (19-cu pillə, 928 xal). Bakıda millimizi 2:1 hesabı ilə yenən Bolqarıstan 26 pillə irəliləyib (46-cı pillə, 570 xal), Norveç 23 (76-cı pillə, 421 xal), Malta 5 pillə geriləyib (155-ci pillə, 133 xal).

İlk "onluq"da yer dəyişmələr olub. Belə ki, Kolumbiya, Braziliya və Fransa bir pillə irəliləyib, Hollandiya, Uruqvay, İspaniya və İsveçrə bir pillə geriləyib. 

1 (1). Almaniya - 1765

2 (2). Argentina - 1631

3 (4). Kolumbiya - 1488

4 (3). Hollandiya - 1456

5 (5). Belçika - 1444

6 (7). Braziliya - 1291

7 (6). Uruqvay - 1243

8 (7). İspaniya - 1228

9 (10). Fransa - 1202

10 (9). İsveçrə - 1175

Qaynar.info