Xəbər lenti

Millimizin Lüksemburqla matçının hakimləri müəyyənləşdi
İdman14:42 30.08.2021

Millimizin Lüksemburqla matçının hakimləri müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq Lüksemburq - Azərbaycan matçının hakim təyinatları açıqlanıb.
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Bosniya və Herseqovinadan olan referilər idarə edəcək. Matçın baş hakimi, FİFA referisi İrfan Peltoya Senad İbrisimbeqoviç və Davor Belyo köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Admir Şehoviç yerinə yetirəcək.
Millimiz sentyabrın 1-də Lüksemburqun qonağı olacaq. Sözügedən ölkənin milli arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.