Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənalızadə "Kəpəz"ə transferindən danışıb.
Qaynarinfo-nun məlumatına görə, 31 yaşlı müdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında Gəncə təmsilçisini seçməsinin səbəblərini açıqlayıb:
"Düşündüm ki, mənim üçün ən yaxşı yer məhz "Kəpəz"dir. Ona görə də bu komandanı seçdim. Yaxşı kollektiv qurulub, hamı bir-birilə mehribandır. Komandaya xeyir vermək üçün əlimdən gələni edəcəyəm. "Kəpəz"in azarkeşləri sayılıb-seçilən fanatlardır. Hər oyunda kifayət qədər tərəfdar olur. Stadionda yaxşı atmosfer yaradırlar. Onları sevindirmək üçün bütün gücümüzü ortaya qoyacağıq. Ümid edirəm ki, bu mövsüm daha yaxşı nəticələr qazanacağıq".
Həsənalızadə "Kəpəz"lə 1 illik müqavilə imzalayıb.
Səbuhi Həsənov