DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində millimizin İrlandiya ilə matçının hakimləri müəyyənləşib.
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Norveçdən olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Espen Eskas olacaq. Ona Kim Thomas Haglund və Oystein Ytterland yardım edəcək. Dördüncü hakim funksiyasını isə Kai Erik Steen yerinə yetirəcək.
Görüşün VAR hakimləri isə qardaş ölkə Türkiyədən olacaq. Belə ki, monitorlar qarşısında Abdulkadir Bitigenlə Ali Palabıyık yer alacaq.
Matç oktybarın 9-da, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək.
Səbuhi Həsənov