Almaniya təmsilçisi "Şalke"nin II komandasına keçən Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov ABŞ klubu "Finiks Rayzinq"lə vidalaşıb.
Qaynarinfo xəbər verir ki, futbolçu bu barədə şəxsi instaqram hesabı vasitəsilə ictimaiyyəti məlumatlandırıb. 30 yaşlı forvard sabiq komandasının üzvlərinə, klub rəsmilərinə təşəkkür edib: "Klubla və insanlarla 2 möhtəşəm il keçirdim. Məni qardaş kimi qarşıladığınızı heç vaxt unutmayacağam. Bu təcrübəni yaşatdığınız üçün sizə minnətdaram və mənim üçün etdiyiniz hər şeyi qiymətləndirirəm. Həyatımızın həmin anları heç vaxt yaddan çıxmayacaq. "Finiks Rayzinq"ə hər şeyin ən yaxşısını arzulayıram".
Dadaşov Almaniyada "Kayzerslautern", "Saarbrükken", "Dinamo" (Berlin) və "Pröyssen"də də çıxış edib.
Səbuhi Həsənov