U-21 millimizin heyətində dəyişiklik olub.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın üzvü Rüfət Əhmədov AÇ-nin seçmə mərəhələsinin oyunları üçün açıqlanan heyətdən çıxarılıb. Buna səbəb onun səhhətində yaranmış problemlər olub.
Milan Obradoviçin rəhbərlik etdiyi U-21 millisi sentyabrın 2-də Velika Qoritsa şəhər stadionunda Xorvatiyanın qonağı olacaq. Ayın 9-da isə Avstriya səfərinə yollanacaq komandamız Rid İm İnnkreys şəhərindəki "Josko Arena"da həmyaşıdları ilə qarşılaşacaq.
Səbuhi Həsənov