Xəbər lenti

Millimizin üzvündən 25-ci qol
İdman07:45 18.10.2021

Millimizin üzvündən 25-ci qol

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasının VII turunda meydana çıxan bütün komandalar qol vurub.
 
Qaynarinfo Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna mövsümdə ilk dəfə təsadüf olunub. "Sabah” üzərində 2:1 hesablı səfər qələbəsi qazanan "Qarabağ”ın ilk qolu yubiley xarakteri daşıyıb.
Filip Ozobiç Ağdam klubunun heyətində 25-ci çempionat qoluna imza atıb. Filip 58-ci görüşündə yubiley uğuruna sevinib.
Ozobiç "Qarabağ”ın tarixində çempionatda 25 və daha çox qol vuran 15-ci oyunçudur.
Səbuhi Həsənov