Millimizin Latviya ilə yoldaşlıq matçının hakimləri müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, oyunu Maltadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın əsas referisi Trustin Farrugia Kanna yan xətt hakimləri Luke Portelli və Dunkan Sultana köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Andrea Skiriha yerinə yetirəcək.
Martın 29-da Maltadakı Milli Stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Səbuhi Həsənov