Xəbər lenti

Millinin qapıçısı cəzalandırıldı
İdman08:15 03.09.2013

Millinin qapıçısı cəzalandırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, toplantıda Topaz Premyer Liqasının V turunda qeydə alınan qanun pozuntularına hüquqi qiymət verilib.

“Sumqayıt”la matçın 89-cu dəqiqəsində “Rəvan”ın futbolçusu Ramazan Abbasov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Həmçinin, hakimlərin idarəçiliyinə Hakimlər Komitəsində baxılması və İntizam Komitəsinə məlumat verilməsi barədə qərar qəbul edilib.

“Neftçi” ilə görüşün 48-ci dəqiqəsində “Bakı”nın futbolçusu Cavid Hüseynov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klub isə bu səbəbdən 3000 manat cərimə ödəməli olacaq.

Matçın 49-cu dəqiqəsində “Bakı”nın qapıçısı, milliyə çağırılan  Aqil Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, klubu 4 min manat ziyana salıb.

 “İnter” – “Simurq” dueli başa çatdıqdan sonra “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimələnib.

“Qarabağ”la AZAL arasında keçirilən oyunda hər iki klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün klublar 1000 manat cərimə ödəyəcəklər.

Qaynar.info